Peşəkarlığı və Dövlətə Sadiqliyi ilə Seçilən Hüquq Xadimi – Cəsarət Qasımov
Azərbaycanın hüquq sahəsində peşəkarlığı, dürüstlüyü və vicdanı ilə seçilən şəxslər sırasında Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov özünəməxsus yer tutur. Uzun illərdir hüquq sahəsində səmərəli fəaliyyət göstərən Cəsarət müəllim bu illər ərzində qazandığı nüfuz, etibar və peşə təcrübəsi ilə həm hüquqi ictimaiyyətin, həm də vətəndaşların dərin hörmətini qazanıb. Peşəkar hüquqşünas, dövlətə və qanunlara sadiq şəxsiyyətCəsarət Qasımov notariat işində qanunvericiliyin tələblərinə ciddi riayət edən, hər bir vətəndaşa vicdanla xidmət göstərən peşəkar hüquqşünasdır. Onun fəaliyyətində əsas prinsip ədalət, şəffaflıq və insanlara hüquqi yardım göstərməkdir. Vətəndaşların ən həssas məsələlərini böyük məsuliyyətlə həll edən Cəsarət müəllim, hər bir işə fərdi yanaşır, hüquqi biliklərini insanların rifahına sərf edir. Şəhid ailələri və qazilərə böyük dəstəkVətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızın ailələri və qazilərimiz daim Cəsarət Qasımovun diqqətindədir. O, bu müqəddəs insanlara həm mənəvi, həm də hüquqi dəstəyini əsirgəmir, hər zaman onların yanındadır. Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğını öz fəaliyyətində örnək götürən Cəsarət müəllim, onların bütün hüquqi məsələlərində yardımçı olur. Ramazan ayında aztəminatlı ailələrə dəstəkXeyriyyəçilik ənənələrinə sadiq qalan Cəsarət Qasımov, xüsusilə müqəddəs Ramazan ayında aztəminatlı ailələri unutmur. O, hər il bu mübarək ayda ehtiyacı olan ailələrə yardım edir, onların sevincinə səbəb olur, xeyir-dualarını alır. Bu isə onun yüksək mənəviyyat sahibi olduğunun əyani sübutudur. Novruz Bayramı münasibətilə təbrikMilli adət-ənənələrimizi hər zaman uca tutan Cəsarət Qasımov xalqımızı qarşıdan gələn Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə can sağlığı, bol ruzi, bərəkət və firavanlıq arzulayır. Arzu edir ki, Novruzun simvolizə etdiyi bahar yeniliyi hər evə sevinc və xoşbəxtlik gətirsin. Dövlətçiliyə sadiq və peşəsinə hörmətlə yanaşan şəxsiyyətCəsarət Qasımov öz peşəsində dövlətə sədaqətli, vətənpərvər bir hüquqşünas kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların dəstəkləyicisi olan Cəsarət müəllim, qanunun aliliyinin təmin olunmasına öz töhfəsini verən dəyərli hüquq xadimidir. Cəsarət Qasımov – Hüquqi sahədə dürüstlüyün, ədalətin və vətəndaşa xidmətdə səmimiyyətin simvolu olan dəyərli notarius!20-03-2025, 11:49
|





