Реклама
Kanal 999 » Cəmiyyət » İlqar Mehdiyev – Peşəkar Kadr Seçimi üzrə Tanınmış Mütəxəssis

İlqar Mehdiyev – Peşəkar Kadr Seçimi üzrə Tanınmış Mütəxəssis

Kadr siyasəti hər bir qurumun inkişafının əsas təməlidir. Bu sahədə peşəkarlığı, dürüstlüyü və dərin bilikləri ilə seçilən İlqar Mehdiyev uzun illərdir ki, Peşəkar Kadr Seçimi üzrə Mütəxəssis kimi nüfuz qazanıb. O, gənc nəslin düzgün formalaşmasında, dövlət və özəl sektorda savadlı, bacarıqlı kadrların seçilib yerləşdirilməsində xüsusi rol oynayır.

İlqar Mehdiyev işinə olan sevgi və peşəkarlığı ilə daim fərqlənir. O, insan resursları sahəsində ən müasir yanaşmaları tətbiq edir, ölkəmizin inkişafına töhfə verəcək potensiallı gəncləri üzə çıxarır. İlqar müəllimin əsas prinsipi dürüstlük, obyektivlik və insanlara dəyər verməkdir. Onun seçimi ilə bu gün bir çox bacarıqlı və layiqli mütəxəssislər mühüm vəzifələrdə fəaliyyət göstərirlər.

Şəhid ailələri və qazilər İlqar Mehdiyevin daim diqqət mərkəzindədir

Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, qazilərimizə olan xüsusi diqqəti və həssas münasibəti ilə tanınan İlqar Mehdiyev, işə qəbul prosesində onlara hər zaman üstünlük verir. Onun təşəbbüsü ilə bir çox şəhid ailəsi üzvləri və qazilərimiz işlə təmin olunub, bu isə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Ramazan ayında xeyirxah dəstək

Hər il müqəddəs Ramazan ayında aztəminatlı ailələrə dəstək göstərən İlqar Mehdiyev bu ayın fəzilətini bölüşməkdən qürur duyur. İmkansız ailələrə yardım edən, onlara ərzaq paylayan İlqar müəllim insanlara sevinc bəxş edir və xalq arasında böyük hörmət qazanır.

Novruz Bayramı münasibətilə təbrik

İlqar Mehdiyev xalqımızı baharın, yenilənmənin rəmzi olan Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir. Arzu edir ki, Novruz bolluq, bərəkət, sağlamlıq və yeni ümidlərlə hər bir ailəyə xoşbəxtlik gətirsin. O, bildirir ki, xalqımızın birlik və həmrəyliyi daim uca olsun, ölkəmiz hər zaman inkişaf etsin!


İlqar Mehdiyev – Peşəkarlığı, insanpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilən dəyərli kadr mütəxəssisi!
Onun uğurlu fəaliyyətləri dövlətimizin və cəmiyyətimizin inkişafına töhfə verməyə davam edir.

20-03-2025, 11:45