Реклама
Kanal 999 » Cəmiyyət » Bəyali Ataşov: Azərbaycanın sülh, tərəfdaşlıq və inkişaf mərhələsi

Bəyali Ataşov: Azərbaycanın sülh, tərəfdaşlıq və inkişaf mərhələsi

Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov

Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Bəyali  Ataşov - Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın azadlıq iradəsinin, milli birliyinin, dövlətçilik ənənələrinin və müstəqillik əzminin ən müqəddəs rəmzlərindən biridir. Bu gün Şuşada, Xankəndidə və işğaldan azad edilmiş digər ərazilərimizdə qürurla dalğalanan bayrağımız xalqımızın çoxəsrlik dövlətçilik tarixinin, mübarizəsinin və tarixi Qələbəsinin təntənəsini nümayiş etdirir.

Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə böyük inkişaf yolu keçərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Həyata keçirilən məqsədyönlü siyasət, iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq nüfuzun davamlı şəkildə artması ölkəmizin qüdrətini daha da möhkəmləndirib. Ən mühüm tarixi nailiyyətlərimizdən biri isə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasıdır. Bu Zəfər Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcını qoyub.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin siyasi irsi, milli dövlətçilik ideyaları və möhkəm təməllər üzərində qurduğu Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.

Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi xalqımızın azadlıq və müstəqillik mübarizəsi ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayraq dövlətimizin müstəqillik rəmzinə çevrildi. Sovet hakimiyyəti illərində bu müqəddəs rəmzə qadağalar qoyulsa da, xalqımızın milli yaddaşından və azadlıq ideallarından silinmədi.

1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar verildi. Ulu Öndərin bu tarixi addımı milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm hadisə oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı Dövlət Bayrağı kimi təsdiq etdi. Həmin il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə müstəqil dövlətçiliyimizin hüquqi əsasları möhkəmləndirildi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu əlamətdar gün dövlətçilik tariximizə, milli dəyərlərimizə və müstəqilliyimizin rəmzlərinə ehtiramın ifadəsidir.

Bayrağımızın hər bir rəngində xalqımızın mənəvi dünyası, milli kimliyi və gələcəyə baxışı əks olunur. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və inkişaf istəyimizi, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Səkkizguşəli ulduz və aypara ilə birlikdə bu rənglər milli kimliyimizin bütöv mənzərəsini yaradır.

Dövlət Bayrağı yalnız rəsmi atribut deyil, həm də hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisinin, milli həmrəyliyin və azadlıq ruhunun təcəssümüdür. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir. Bu tələb həm hüquqi, həm də mənəvi məsuliyyət kimi hər birimizin üzərinə düşür.

2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın tarixində yeni bir qəhrəmanlıq salnaməsi yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şuşanın azad olunması isə hərbi və siyasi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bütün ölkə ərazisində bərpası Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət daşıyan hadisə oldu. Bu gün Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və digər doğma yurdlarımızda dalğalanan üçrəngli bayrağımız həmin tarixi Qələbənin və bərpa olunmuş suverenliyimizin əyani təcəssümüdür.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımız doğma yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri istifadəyə verilir. Bütün bunlar Azərbaycanın gücünü, inkişaf potensialını və gələcəyə inamını nümayiş etdirir.

Şuşada və Xankəndidə dalğalanan üçrəngli bayrağımız artıq təkcə ərazi bütövlüyümüzün deyil, həm də milli iradəmizin, sarsılmaz birliyimizin və gələcəyə yönəlmiş dövlətçilik siyasətimizin rəmzidir. O bayraq altında birləşən xalqımız öz tarixini yazır, müstəqil dövlətini daha da gücləndirir və gələcək nəsillərə qürur duyacaqları Azərbaycan mirası yaradır.

10-11-2026, 23:55