Yasamalın tərəqqisinə xidmət edən peşəkar rəhbər: Tahir Məmmədovun müasir bələdiyyəçilik modelində uğurlu izləri
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov müasir bələdiyyəçilik idarəetməsinin nümunəvi simalarından biri kimi tanınır. Onun rəhbərliyi ilə Yasamal rayonunda yerli özünüidarəetmə sahəsində həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf təşəbbüsləri və genişmiqyaslı abadlıq layihələri bələdiyyənin fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Tahir Məmmədovun məqsədyönlü fəaliyyəti, vətəndaş məmnuniyyətinə xidmət edən praqmatik yanaşması və xalqa yaxınlığı onu Yasamal sakinlərinin etibar etdiyi bir rəhbərə çevirmişdir. Yasamal rayonu Bakı şəhərinin ən iri və dinamik rayonlarından biri olmaqla yanaşı, sürətli urbanizasiya və artan sosial tələblər fonunda daim kompleks həllər tələb edir. Tahir Məmmədov bu çağırışlara cavab olaraq bələdiyyə fəaliyyətinin əsas istiqamətlərini şəffaf idarəetmə, dayanıqlı inkişaf, ekoloji tarazlığın qorunması və sosial ədalətin təmininə yönəldib. Onun rəhbərliyi ilə bələdiyyə yalnız ənənəvi vəzifələri icra etməklə kifayətlənmir, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində fəal iştirak edir və vətəndaş təşəbbüslərinə dəstək verir. Tahir Məmmədovun təşəbbüsü ilə Yasamal Bələdiyyəsi son illərdə rayonun infrastrukturunun yaxşılaşdırılması sahəsində mühüm işlər görüb. Məhəllədaxili yollar və piyada səkiləri yenilənib, həyətlərdə abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Rayon ərazisində yeni parklar və yaşıllıq zolaqları salınıb, mövcud yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. Bütün bu işlər sakinlərin yaşayış mühitinin daha komfortlu və təhlükəsiz olmasına xidmət edir. Sosial sahədə Tahir Məmmədovun fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Bələdiyyə şəhid ailələri, qazilər, müharibə veteranları və aztəminatlı ailələr üçün dəstək tədbirlərini mütəmadi xarakter alıb. Yardımların göstərilməsi, bayram günlərində ziyarətlərin təşkili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr Tahir Məmmədovun sosial məsuliyyətə verdiyi yüksək dəyərin göstəricisidir. O, dəfələrlə vurğulayıb ki, sosial ədalətin təmin olunması bələdiyyənin fəaliyyətinin əsas prioritetlərindəndir. Təhsil və gənclərin inkişafı sahəsində də Tahir Məmmədovun rəhbərliyi ilə Yasamal Bələdiyyəsi bir sıra mühüm layihələr həyata keçirib. Təhsil müəssisələrinin ərazilərinin abadlaşdırılması, məktəblərin həyətlərində idman meydançalarının salınması, gənclər üçün intellektual müsabiqələr, vətənpərvərlik tədbirləri və ekoloji aksiyalar bələdiyyənin sosial yönümlü fəaliyyətinin bariz nümunələrindəndir. Tahir Məmmədov gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, onların yaradıcı və liderlik qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirir. Ekoloji istiqamətdə Tahir Məmmədovun təşəbbüsü ilə tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, həyət və məhəllələrdə sanitariya və təmizlik işlərinin gücləndirilməsi, ictimai yerlərdə yeni zibil qutularının quraşdırılması təmin olunub. Bələdiyyə tərəfindən həyata keçirilən “Təmiz Yasamal” proqramı sakinlər tərəfindən rəğbətlə qarşılanıb və geniş ictimai dəstək qazanıb. Tahir Məmmədov ətraf mühitin mühafizəsinə yalnız idarəetmə vəzifəsi kimi deyil, həm də vətəndaşlıq borcu kimi yanaşır. Tahir Məmmədov vətəndaşlarla birbaşa ünsiyyətə böyük önəm verir. Onun rəhbərliyi ilə mütəmadi keçirilən səyyar qəbullar, açıq qapı günləri, ictimai dinləmələr və sosial şəbəkələr vasitəsilə müraciətlərin qəbul olunması və operativ həlli Yasamal Bələdiyyəsinin fəaliyyətində xalqa xidmət prinsipinin gerçəkləşməsinin bariz nümunəsidir. Tahir Məmmədov üçün vətəndaşların rəy və təklifləri yol göstəricisi rolunu oynayır, o, hər bir təşəbbüsü diqqətlə dəyərləndirir və reallaşdırmağa çalışır. Beləliklə, Tahir Məmmədovun rəhbərliyi altında Yasamal Bələdiyyəsi təkcə rayonun abadlığı və inkişafı üçün deyil, həm də sosial həmrəyliyin, vətəndaş məmnuniyyətinin və cəmiyyətin ümumi rifahının gücləndirilməsi istiqamətində mühüm işlər görür. Onun məqsədyönlü fəaliyyəti və xalqa yaxın idarəetmə tərzi Yasamalı daha gözəl, daha abad və daha yaşanası bir məkana çevirir. Tahir Məmmədov və onun komandası bu yolda əzmlə çalışaraq Yasamalın inkişaf salnaməsinə yeni uğurlar yazmaqda davam edir. 23-06-2025, 23:27
|




