Sədaqətlə xidmət edən rəhbər: Yasin Əlquliyev – şəhər mədəniyyətinin səssiz memarı
Şəhər həyatının görünməyən, lakin ən vacib sahələrindən biri olan mənzil-kommunal təsərrüfatı, gündəlik rifahın və şəhər infrastrukturunun davamlılığını təmin edən əsas sahələrdən biridir. Bu mühüm sahənin idarə olunması, düzgün təşkili və effektiv fəaliyyəti yalnız məsuliyyətli, təcrübəli və vətənpərvər kadrların fəaliyyəti ilə mümkündür. Yasin Əlquliyev də məhz belə şəxslərdən biridir – o, uzun illərdir ki, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinə rəhbərlik edərək, bu sahədə nümunəvi işləri ilə seçilir. Peşəkarlıq və idarəçilik bacarığıYasin Əlquliyev öz sahəsini dərindən bilən, inzibati təcrübəsi və təşkilati qabiliyyəti ilə seçilən bir rəhbərdir. Onun rəhbərliyi altında 23 saylı sahə bir çox istiqamətlər üzrə yüksək nəticələr əldə edib: binaların təmiri, həyətlərin abadlaşdırılması, kanalizasiya və içməli su xətlərinin bərpası, tullantıların vaxtında daşınması, mövsümi tədbirlərin vaxtında həyata keçirilməsi və s. Məhz onun fəal və operativ yanaşması, sahədə yaranan problemlərin vaxtında həll olunmasını, sakinlərin narahatlıqlarının minimuma endirilməsini təmin edir. O, sahə işçilərinin motivasiyasına və peşə hazırlığına da daim diqqət yetirir, onların fəaliyyətini düzgün istiqamətləndirir və koordinasiya edir. İnsanlara xidmət fəlsəfəsiYasin Əlquliyev üçün bu vəzifə sadəcə bir idarəetmə işi deyil, xalqın xidmətində olmaq, vətəndaş rahatlığını təmin etmək kimi ali bir missiyadır. O, hər zaman sakinlərlə birbaşa ünsiyyətdə olmağa, onların problemlərini yerindəcə dinləyib tədbirlər görməyə üstünlük verir. Bu yanaşma onun insani keyfiyyətlərini və rəhbər kimi məsuliyyətini daha da önə çıxarır. Yasin müəllim şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə xüsusi diqqət göstərir. Onların yaşadığı binalarda təmir işləri, həyətlərin abadlaşdırılması və digər sosial yönümlü tədbirlər onun təşəbbüsü ilə tez-tez həyata keçirilir. Bu, onun vətənə və dövlətə bağlılığının, vətəndaş məsuliyyətinin parlaq nümunəsidir. Prezident siyasətinə sadiqlikYasin Əlquliyev, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara və şəhər təsərrüfatının modernləşdirilməsinə tam sadiqdir. O, Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini öz sahəsi üzrə uğurla dəstəkləyir və həyata keçirir. Onun rəhbərlik etdiyi sahə daim rayon rəhbərliyinin və sakinlərin yüksək qiymətləndirdiyi struktur bölmələrdən biri olub. Səssiz qəhrəmanlıq – şəhərin nizamı, sakinlərin rahatlığıAdətən görünməyən, lakin hər kəsin həyatına birbaşa təsir edən kommunal xidmətlər sahəsində bu gün nizam, sistem və etibarlılıq varsa, bu, məhz Yasin Əlquliyev kimi vicdanlı rəhbərlərin əməyinin nəticəsidir. Onun hər bir işi şəffaf, məsuliyyətli və vətəndaş məmnuniyyətinə əsaslanan idarəçilik fəlsəfəsinin məhsuludur. 14-05-2025, 00:32
|



