Реклама
Kanal 999 » Cəmiyyət » Cəmiyyətin Xidmətində Fədakar Rəhbər – Namizəd İsmayılov

Cəmiyyətin Xidmətində Fədakar Rəhbər – Namizəd İsmayılov

Namizəd İsmayılov: Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir

Namizəd İsmayılov – Fəaliyyəti ilə Qaradağ rayonunda inkişafın və abadlığın rəmzi olan peşəkar və dəyərli rəhbər!

Qaradağ rayonunun sosial-iqtisadi inkişafında, abadlıq və quruculuq işlərinin uğurla həyata keçirilməsində xüsusi rolu olan şəxslərdən biri də Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovdur. Peşəkarlığı, zəhmətsevərliyi və yüksək idarəçilik qabiliyyəti ilə seçilən Namizəd müəllim bu sahədə qazandığı təcrübə və uğurları ilə hər zaman nümunə göstərilir.

Əmək fəaliyyətində daim xalqa xidmət prinsipini əsas tutan Namizəd İsmayılov Qaradağ rayonunun yaşayış məntəqələrinin abadlaşdırılması, kommunal təsərrüfatın müasirləşdirilməsi, küçə və məhəllələrin təmizliyi, yaşıllıqların qorunması istiqamətində mühüm layihələrə rəhbərlik edib. Onun fəaliyyəti nəticəsində Qaradağ rayonu günbəgün gözəlləşir, yeni infrastruktur layihələri reallaşır.

Şəhid ailələri və qazilər daima diqqət mərkəzindədir

Namizəd İsmayılov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş qazilərimizə və şəhid ailələrinə hər zaman böyük hörmət və ehtiramla yanaşır. Onlara dəstək göstərmək, problemlərinin həllində kömək etmək Namizəd müəllimin əsas həyat prinsipidir. O, şəhid ailələrinin və qazilərimizin yanında olmağı özünün mənəvi borcu hesab edir.

Ramazan ayında aztəminatlı ailələrə dəstək

Namizəd İsmayılov xeyriyyəçilik və insanpərvərlik sahəsində də seçilən simalardandır. Xüsusilə müqəddəs Ramazan ayında aztəminatlı ailələrə yardımlar edir, ərzaq paylayır, onların sevincinə və dualarına səbəb olur. Bu xeyirxahlıq Qaradağ camaatı tərəfindən rəğbətlə qarşılanır.

Torpaq Çərşənbəsi və Novruz Bayramı münasibətilə təbrik

Namizəd İsmayılov xalqımızı milli adət-ənənələrimizin ən gözəl nümunələrindən olan Torpaq Çərşənbəsi və qarşıdan gələn Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir. Arzu edir ki, bu bayram bolluq, bərəkət, ruzi və xoş günlər gətirsin, ölkəmiz daim sülh və əmin-amanlıq içində inkişaf etsin.

Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyən rəhbər

Namizəd İsmayılov fəaliyyətində daim ölkə başçısı Cənab İlham Əliyevin sosial rifahın yüksəldilməsi, bölgələrin inkişafı və xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı siyasətə sadiqdir. O, Qaradağ rayonunda bu siyasətin uğurla icra olunmasına öz töhfəsini verməyə davam edir.



20-03-2025, 11:48